Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev növbəti bir fərman imzaladı. Bu tarixi və mübarək imza sahibi Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi. Əlbəttə, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən təkcə on milyonluq Azərbaycan Respublikası vətəndaşları deyil, bütün Dünya Azərbaycanlıları bu xoş müjdələri gözləyirlər. Ermənistan torpaqlarımızı işğalda saxladığı vaxt yaşayış məntəqələrimizi yerlə yeksan etmiş, təbii sərvətləri, hətta su mənbələrini məhv etmişlər. Ali Baş Komandanın əks hücum əmri ilə Silahlı Qüvvələrimiz ərazilərimizi işğldan azad etdiyi zaman yaşayış yerlərindən əsər-əlamət qalmadığının şahidi olduq. Buna baxmayaraq həm prezidentimiz, həm də xalqımız bu yaşayış məntəqlərimizin əvvəlkindən də yaxşı bərpa oluncağını qeyd etdi. Zəngilanın bərpası Qubadlı, Laçına doğru yolun və quruculuğun irəliləməsi deməkdir. Eyni zamanda Horadiz-Ağbənd dəmir yolunun bərpası Şərqi Zəngəzur istiqamətinə inkişaf yolu deməkdir. Bərpa zamanı buraya qayıdacaq sakinlərin yaşayış yeri ilə bərabər iş, məşğulluq, bölgəyə uyğun aqrar sənayenin inkişafı nəzərdə tutulmuşdur. Bu rayonun İran və Ermənistanla həmsərhəd ərazidə yerləşməsi respublikamızın səhəd məsələsinə uyğun quruluşda yaradılması nəzərdə tutulmuşdur. Gələcəkdə bu ərazi beynəlxalq iqtisadi zonaya çevriləcək. Vətəndaşlarımızın Naxçıvan Muxtar Respublikasına gediş-gəlişi üçün də Şərqi Zəngəzura keçən yol əlverişli rol oynayacaq. Zəngilanın Ağalı kəndinə qayıdış artıq yaxın vaxtlarda reallaşacaq. Zəngilanda Beynəlxalq səviyəli Aeroportun inşa edilməsi gələcəkdə bölgənin təkcə şose, dəmir yolu deyil, həm də hava əlaqəsinin müsbət nəticə verəcəyinə əsaslanır. Xocalı, Xankəndi, Ağdərə Azərbaycandır!Xatirə Həsənova,Xocalı rayon sakini